Bank Of Baku

Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançı və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalanıb

Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançı və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalanıb
# 30 avqust 2010 20:51 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən idmançı və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat; ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat mükafat ayrılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR