Bank Of Baku

Sentyabr ayında Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti

Sentyabr ayında Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti
# 31 avqust 2010 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Sentyabr ayında Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, orta aylıq temperaturun iqlim norması daxilində, bəzi rayonlarda isə normadan bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, ay ərzində respublika üzrə yağıntıların qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Sentyabr ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 17-22, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-23 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 12-17, gündüzlər 27-32 dərəcə isti qeydə alınacaq, ayrı-ayrı günlərdə temperatur 33-36 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.

Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 17-22 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 26-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr 14-19, gündüzlər 24-29 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 32-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı proqnozlaşdırılır.

Balakən-Zaqatala, Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 12-17, gündüzlər 22-27 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 29-32 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 33-120 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran-Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 17-21, gündüzlər 27-32 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 36 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 15-20, gündüzlər 24-29 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 33 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR