Bank Of Baku

Maliyyə Nazirliyi Azərbaycanda bütün orta məktəblərin müstəqil maliyyələşmə mexanizminə keçməsinə razılıq vermir

Maliyyə Nazirliyi Azərbaycanda bütün orta məktəblərin müstəqil maliyyələşmə mexanizminə keçməsinə razılıq vermir
# 31 avqust 2010 12:06 (UTC +04:00)
Hazırda müstəqil maliyyələşmə mexanizmi üç pilot rayonun 59 orta məktəbində həyata keçirilir. Bu mexanizmlə işləyən məktəblərin sayının artırılması və bu yenilin bütün respublikadakı məktəblərdə tətbiqi nəzərdə tutulur. Amma hələ ki, bu mümkün deyil. Maliyyə Nazirliyi bu yeniliyin hələ bütün respublika tətbiqini məqsədəuyğun hesab etmir”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev deyib. Onun sözlərinə görə, mexanizmin respublikadakı bütün orta məktəblərdə tətbiqi Maliyyə Nazirliyindən asılıdır. Maliyyə Nazirliyi bu yeniliyin tətbiqinin hələlik genişləndirilməməsinin səbəbini orta məktəblərin Məktəb şuralarının fəaliyyətinin hələ formal təşkil edilməsi və zəifliyi ilə əlaqələndirir.

Nazirlik rəsmisi hesab edir ki, bu mexanizmdə əsas vəzifə məktəb şuralarının üzərinə düşür: “Məktəbi yalnız məktəbin direktoru deyil, məktəbdə yaradılacaq Məktəb Şurası idarə etməlidir. Məktəbin büdcəsinə və xərclənməsinə Məktəb Şurası nəzarət etməlidir. Onların da fəaliyyəti zəif olduğu üçün Maliyyə Nazirliyi hələlik bu məktəblərinin sayının artırılmasına razılıq vermir”.

Ş. Əliyev hesab edir ki, pilot məktəblərdə yeni mexanizmin sınağı özünü doğruldur. Bununla belə, bu işdə müəyyən məsələlərin həlli, xüsusilə Məktəb Şuralarının fəaliyyətinin gücləndirilməsi vacibdir: “Nazirlik yalnız pilot məktəblərdə deyil, respublikanın bütün məktəblərində şuraların fəaliyyətini gücləndirməlidir. Bunun üçün məktəb şuralarının tərkibinə yenidən baxıla, bu tərkibə ən nüfuzlu şəxslər, eləcə də məktəbin qabaqcıl işçiləri cəlb edilə bilər”.

Maliyyə Nazirliyinin şöbə müdiri Xaqani Rzayev isə APA-ya bildirib ki, bu mexanizmin bütün respublika məktəblərində tətbiqi məsələsində təmsil etdiyi qurumu qane etməyən məqamlar var: “Eksperiment formasında tətbiq edilən layihənin bütün ölkəyə şamil edilməsi üçün ilk növbədə onun nəticələri təhlil edilməli, bu mexanizmin əvvəlkilərindən üstünlüyü isbat olunmalıdır. Ondan sonra bu, hər məktəbdə tətbiq edilə bilər. Ölkə prezidentinin sərəncamı ilə bu ildən ali məktəblərdə bu mexanizmin tətbiqinə başlanılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR