Bank Of Baku

Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə  qəbul imtahanının nəticələri açıqlanıb
# 31 avqust 2010 14:50 (UTC +04:00)
Komissiyadan APA-ya verilən məlumata görə, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9576 plan yerinə 30671 abituriyent sənəd verib. Onlardan 30261 nəfəri imtahanda iştirak edib. Nəticələr artıq TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Abituriyentlərdən 40 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv olunub. Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 28 nəfərin köçürməyə yol verdikləri aşkarlanıb, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub. Abituriyentlərin 8515 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul olanlar sentyabrın 2-dən 13-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR