Bank Of Baku

Elmira Süleymanova: «Mübariz İbrahimovun meyitinin alınması üçün mən təkcə Ombudsman yox, həm də ana olaraq əlimdən gələni etməyə hazıram»

Elmira Süleymanova: «Mübariz İbrahimovun meyitinin alınması üçün mən təkcə Ombudsman yox, həm də ana olaraq əlimdən gələni etməyə hazıram»
# 31 avqust 2010 18:37 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. «Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin alınması ilə bağlı əlimizdən gələni əsirgəmirik. Ümid edirəm ki, biz şəhid balamızın meyitini alıb torpağa tapşıracağıq». Bu sözləri APA-nın Qarabağ bürosuna müsahibəsində Ombudsman Elmira Süleymanova deyib. İnsan Haqları Müvəkkili deyib ki, Mübariz İbrahimovun meyitinin alınması üçün təkcə Ombudsman yox, həm də bir ana olaraq əlindən gələni etməyə hazırdır.
Bir neçə gün qoşunların təmas xəttində ermənilər tərəfindən əsir götürülən Azərbaycan hərbiçisi Roman Hüseynovla bağlı sualı cavablandıran E. Süleymanova deyib ki, hərbiçimizin aqibəti ilə bağlı, Ombudsman aparatı öhdəsinə düşən işləri və yerinə yetirməli olduğu vəzifələrə tam məsuliyyətlə yanaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR