Bank Of Baku

Putin: “Rusiyada pensiya yaşının artırılmasına gərək yoxdur”

Putin: “Rusiyada pensiya yaşının artırılmasına gərək yoxdur”
# 01 sentyabr 2010 07:49 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin ölkədə pensiya yaşının artırılmasına qarşı çıxıb.

APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, Putin hazırda bu məsələyə baxılmadığını da vurğulayıb.

“Pensiya yaşının artırılmasına gərək yoxdur. Bizim Pensiya Fondunun kəsiri var, amma biz onu federal büdcədən bağlamağa hazırıq” - deyə baş nazir qeyd edib.

Maraqlıdır ki, Rusiyanın maliyyə naziri Aleksey Kudrin ölkədə pensiya yaşının artırılmasına 5 ildən sonra başlanmasını təklif edir. Rusiya prezidentinin köməkçisi Arkadi Dvorkoviç isə hesab edir ki, cəmiyyət hələ pensiya yaşının artırılmasına hazır deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR