Bank Of Baku

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şəki rayonunda məktəb binası tikilib

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şəki rayonunda məktəb binası tikilib
# 01 sentyabr 2010 09:03 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şəki rayonunda məktəb binası tikilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Yaponiyanın Azərbaycandakı səfirliyi Yaponiya hökumətinin maliyyə dəstəyi hesabına respublikanın bölgələrində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində bir çox layihələr həyata keçirir. Yaponiyanın Azərbaycandakı səfirliyi Yaponiya hökumətinin maliyyə dəstəyi ilə bu il Şəki rayonunda da iki layihə proqramı həyata keçirib. Proqram çərçivəsində Yaponiyanın Azərbaycandakı səfirliyi rayonun Dərəcənnət kənd orta məktəbinin nəzdində 7 sinif otağından ibarət məktəb korpusunun tikintisini başa çatdırılıb. Sabah Dərəcənnət kəndində layihənin başa çatması münasibətilə açılış mərasimi keçiriləcək. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okinin də iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, Yaponiya hökumətinin maliyyə dəstəyi hesabına “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində digər layihə Şəki şəhərində çayların təmizlənməsi və istinad divarlarının təmiri başa çatıb. Bununla bağlı Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okinin iştirakı ilə avqust ayının 18-də açılış mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR