Azərbaycanda pensiyaların son artımı üçün əlavə 50 mln. manat tələb olunur - YENİLƏNİB - 1
DSMF sədri qeyd edib ki, 1 mln. 116 min nəfərin pensiyasının baza hissəsi 10 manat, 15 min nəfər I qrup əlilin pensiyasının baza hissəsi 12 manat artacaq. Bundan əlavə, pensiyasının baza hissəsini 200% həcmində alan 7630 nəfər I qrup gözdən əlilin pensiyasının baza hissəsində artım 20, pensiyasının baza hissəsini 55% həcmində alan III qrup əlillərdə pensiyanın baza hissəsinin artımı daha az - 5 manat 50 qəpikdir.
S.Müslümov bildirib ki, ailə başçısını itirməyə görə iki və daha çox ailə üzvü pensiya alırsa, I ailə üzvünə pensiyanın baza hissəsinin 100%, digər ailə üzvlərinə isə yalnız (yalnız hər iki valideyni itirmiş yetim uşaqlar istisna olmaqla, onlara 100% ödənilir) 50% həcmində ödənildiyi üçün onların pensiyasının baza hissəsində 5 manat artım olacaq. Belə şəxslərin sayı 87 min 675 nəfərdir.
Fond sədrinin sözlərinə görə, bu artımların daha çox şamil olunacağı kateqoriyadan olan vəfat və həlak olmuş Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artıb: “Hazırda belə pensiya alanların sayı 78 nəfərdir. Onların pensiyasının baza hissəsi hər bir ailə üzvi üçün 150 manatdan 170 manata qaldırıldı. 19 min nəfərdən çox şəhid ailə üzvü bu gün pensiya alır. Onların da pensiyasının baza hissəsi 18 manat 50 qəpik artırılıb. Böyük Vətən Müharibəsi əlilləri istisna olmaqla, I qrup müharibə əlilləri artım 20 manat, II qrup müharibə əlillərində 17 manat, III qrup müharibə əlillərində 15 manat təşkil edəcək”.
S.Müslümov bildirib ki, 2010-cu ilin sonunadək bu pensiyaların maliyyələşdirilməsi üçün əlavə 50 mln. manat vəsait tələb olunur. Pensiyaların maliyyələşdirilməsində heç bir problem yaranmayacaq. Artımların yaxın gələcəkdə də davam edəcəyini söyləyən S.Müslümov qeyd edib ki, bu artımdan sonra Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 dollara çatıb.
DSMF başçısı müqayisə üçün qeyd edib ki, Ermənistanda minimum pensiya 21,6 dollar, Belarusda 82,1 dollar, Qazaxıstanda 124,2 dollar, Qırğızıstanda 17,1 dollar, Latviyada 91,7 dolar (bu, 20 ilədək stajı olanlara aiddir), Litvada 135,7 dollar, Moldovada 48,5 dollar, Rusiyada 90,2 dollar, Tacikistanda 18,3 dollar, Özbəkistanda 55,3 dollar, Ukraynada 89,8 dollar, Estoniyada 167 dollardır. Azərbaycan bu göstəriciyə görə MDB məkanında Qazaxıstandan sonra II yerdədir.
Fond sədri əlavə edib ki, 2010-cu ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə proqnozu 90,8% səviyyəsində icra olunub. Qeyd edilən müddətdə 614,3 mln. manat məcburi dövlət sosial sığorta haqları daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,5% və ya 20,7 mln. manat çoxdur. Büdcə təşkilatları tərəfindən proqnoza 89,9% əməl olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 5 mln. manat azdır. Qeyri-büdcə təşkilatlarından isə 350 mln. manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8% və ya 26 mln. manat çoxdur. Qeyri-büdcə təşkilatları proqnozu 92,5% səviyyəsində icra edib. Fondun xərclər proqnozu 99% yerinə yetirilib. Ümumilikdə, bütün xərclər üzrə ödəmələrin icrası 98,2% təşkil edib.
Sosial
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Xəbər Lenti
Rutte: Avropa və Kanada iki il ərzində müdafiə xərclərini 250 milyard dollar artıracaq
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - FOTO - YENİLƏNİB-5
Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb