Bank Of Baku

Bu ilin ilk yarısında Azərbaycanda əmək pensyaçılarının sayı 17,3 min nəfər azalıb

Bu ilin ilk yarısında Azərbaycanda əmək pensyaçılarının sayı 17,3 min nəfər azalıb
# 01 sentyabr 2010 10:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Yanvarın 1-dən Azərbaycanda «Əmək pensiyaları haqqında» qanuna edilən dəyişikliklər əsasında pensiyaya çıxma yaşı 6 ay artırlıb. Coxuşaqlı qanun kateqoriyası da digər MDB ölkələrində olduğu kimi 5 uşağa kecirilib. Bunun nəticəsində ümimilikdə 6 ay ərzində əmək pensyaçılarının sayı 6 ay ərzində 1 308 432 nəfərdən 1 291 139 nəfərə enib, yəni pensiyaçıların sayı 17 293 nəfər azalıb». APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

S.Müslümov bildirib ki, 2010-cu ilin ilk 6 ayı ərzində yaşa görə pensiya alanların sayı 20 095 nəfər azalıb. İlin əvvəlində bu, 858 660 nəfər idisə, iyulun 1-də 838 565 nəfər olub. Əlilliyə görə pensiya alanlar 6 ay ərzində 3 775 nəfər artıb. İlin əvvvəlində onların sayı 311 850 nəfər idisə, indi 315 625 nəfərdir. Ailə başçısını itirməyə görə pensiya alanların sayı 973 nəfər azalıb və hazırda 136 951 nəfərdir.

S.Müslümov deyib ki, bununla yanaşı, iyulun 1-dən sonra artıq pensiyaçıların sayı artmağa başlayıb. Belə ki, 62,5 yaş olan kişi və 57,5 yaş olan qadınların hamısı pensiyaya çıxmaq üçün mürciət etməyə başlayılblar. Yaxın 6 ay ərzində pensiyaçıların sayının dha 17-18 min nəfər artacağı gözlənilir. «İlin sonuna yenə də pensiyaçıların sayı bu ilin əvvəlinə olduğu kimi, 1 308 500 nəfər olacaq. Belə demək olar ki, bu il ərzində pensiyaçıların sayı dəyişməyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR