Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva və sənətçi Tünzalə Ağayeva “Şəhidim” adlı musiqi kompozisiyası hazırlayıblar

Millət vəkili Qənirə Paşayeva və sənətçi Tünzalə Ağayeva “Şəhidim” adlı musiqi kompozisiyası hazırlayıblar
# 01 sentyabr 2010 11:42 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunmuş “Şəhidim” adlı musiqi kompozisiyası hazırlayıblar. APA-nın məlumatına görə, sözləri millət vəkili Qənirə Paşayevaya, bəstəsi Tünzalə Ağayevaya aid olan musiqi kompozisiyasını Tünzalə Ağayeva və Türkiyəli sənətçi, eyni zamanda TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edirlər. Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı vida məktubu üzərində qurulub. Artıq millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə musiqi kompozisiyasının klipi də hazırlanıb və sentyabrın 2-dən etibarən radio və televiziya ekranlarında nümayiş olunmağa başlayacaq. Musiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyasının bir millət iki dövlət olan Azərbaycan və Türkiyədən olan sənətçilər tərəfindən birgə ifa edilməsi böyük məna daşıyır. Musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Müqəddəs zirvə” adlı film üçün hazırlanıb. Filmdə Mübariz İbrahimovun qəhrəmanlıq yolu geniş şəkildə öz əksini tapır. Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə hazırlanan və çəkilişlərinə 1 ay əvvəl başlanılan film artıq hazırdır. Yaxın günlərdə filmin təqdimat mərasimi keçiriləcək. Televiziya kanallarında da nümayiş olunacaq filmin nüsxələri hərbi hissələrə, ali və orta məktəblərə, xaricdə yaşayan soydaşlarımıza da göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR