Bank Of Baku

Xaçmaz rayonunda bir kənddə yeni dərs ilinə start verilib

Xaçmaz rayonunda bir kənddə yeni dərs ilinə start verilib
# 01 sentyabr 2010 13:25 (UTC +04:00)
APA-nın Şimal bürosunun məlumatına görə Xraxoba kəndi Rusiya Federasiyası Dağıstan Respublikasının Məhərrəmkənd rayonuna aid yaşayış məntəqəsidir. 1 sentyabr tarixi Rusiyanın bütün təhsil ocaqlarında olduğu kimi anklav yaşayış məntəqəsi olan Xraxoba kənd məktəbində də dərs ilinin ilk günü kimi qeyd edilir. Səhər saatlarında məktəbin önündə təşkil olunan toplantıda müəllimlər şagirdlərə yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb, məktəblilərə dərsliklər paylayıblar. Məktəbin direktoru Əşrəf Məcidovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, Xraxoba kənd əsas məktəbində 45 şagird təhsil alır. Onlara 17 müəllim dərs deyir. Yeni dərs ili ilə əlaqədar məktəbdə təmir işləri aparılıb: “Şagirdlərimiz azlıq təşkil edir. Bu il birinci sinfə cəmi bir şagird qəbul etmişik. Dərs ləvazimatlarımız da azdır. Lakin yəqin ki, birinci rüb ərzində bütün şagirdlərimizi dərsliklərlə təmin edə biləcəyik”. Qeyd edək ki, Xraxoba kənd məktəbində tədris rus və ləzgi dillərində aparılır. Burada həmçinin qonşu Azərbaycan kəndlərindən olan uşaqlar da təhsil alır. Rusiya vətəndaşı olan şagirdlər 9-cu sinfi bitirdikdən sonra təhsilini müvafiq qaydada Dağıstanda, Azərbaycan məktəbliləri isə Xaçmaz rayonunun digər orta məktəblərində davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR