Bank Of Baku

Sumqayıtda 40-dan çox binada alt şəbəkə əsaslı təmir olunacaq

Sumqayıtda 40-dan çox binada alt şəbəkə əsaslı təmir olunacaq
# 02 sentyabr 2010 08:07 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Cari ilin avqust ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq bir sıra işlər görülüb. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər icra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 53 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 26-sı MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli, 1-i kooperativ bina, 3-ü yataqxana, 8-i məktəb, 12-si uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.

Qeyd edək ki, şəhərin 40-dan çox binasında alt şəbəkə əsaslı təmir olunacaq. İlk növbədə 15 zirzəmidə işlərin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR