Bank Of Baku

Azərbaycan Dillər Universitetində iki yeni ixtisas açılıb

Azərbaycan Dillər Universitetində iki yeni ixtisas açılıb
# 02 sentyabr 2010 12:51 (UTC +04:00)
Bakı-APA Azərbaycan Dillər Universitetində (ADU) 2010-2011-ci tədris ilində Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb. Universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın APA-ya verdiyi məlumata görə, artıq yeni tədris ilindən həmin ixtisasların tədrisinə başlanacaq. Z. Kazımovanın sözlərinə görə, 10 nəfər tələbə Qafqazşünslıq, 10 nəfər tələbə isə Hindistanşünaslıq ixtisası üzrə ADU-da təhsil alacaq. Tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisas artırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.
Qeyd olunub ki, Hindistanşünaslıq ixtisası ilk dəfə olaraq ADU-da bir ixtisas kimi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR