Bank Of Baku

Azərbaycan-Avropa velosiped yürüşünün iştirakçıları Qəbələdədir

Azərbaycan-Avropa velosiped yürüşünün iştirakçıları Qəbələdədir
# 02 sentyabr 2010 13:49 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Azərbaycan-Avropa velosiped yürüşünün iştirakçıları sentyabrın 2-də Qəbələ rayonuna çatıblar. APA-nın Şirvan bürosunun məlumatına görə Azərbaycan Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı keçirilən aksiyanın iştirakçıları Qəbələnin görməli yerləri, tarixi abidələri ilə tanış olublar, Qəbələ Konserv Zavodunda istehsal prosesini yaxından izləyiblər, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərini seyr ediblər. Hazırda qonaqlar yeni istifadəyə verilən beşulduzlu “Qafqaz Riverside” otelində dincəlirlər.

Velosipedçilər sentyabrın 3-də səhər saat 08:00-da Qəbələdən Göyçaya yola düşəcəklər. On biri azərbaycanlı olmaqla, ümumilikdə 14 ölkədən 32 velosipedçinin, eləcə də yerli və xarici ekoloq və diplomatların təmsil olunduğu velosiped yürüşü sentyabrın 6-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda "Ekologiya ili" çərçivəsində ətraf mühitin qorunması, enerji, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının və velosiped idmanının təbliği məqsədilə keçirilən veloyürüşə avqustun 28-də Bakıda start verilib. Velosipedçilər arasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR