Bank Of Baku

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin köçürüləcəyi özəl ali məktəbləri müəyyənləşdirir

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin köçürüləcəyi özəl ali məktəbləri müəyyənləşdirir
# 02 sentyabr 2010 14:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil naziri Misir Mərdanovun əmri ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələri təhsillərini davam etdirmək üçün yalnız özəl ali məktəblərə köçürüləcəklər. Bu barədə APA-ya Təhsil Nazirliyinin İcra Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, hazırda tələbələrin köçürüləcəyi özəl məktəblər müəyyənləşdirilir. Tələbələr digər ali məktəblərə köçürülmə zamanı yalnız öz ixtisaslarına uyğun ixtisaslara yerləşdiriləcəklər. Hazırda ABU-nun qanuni yolla təhsil alan 2000-ə yaxın tələbəsi var. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ali məktəbə daxil olanlardır. Həmin tələbələrin sırasında başqa ali məktəblərdən ABU-ya qanuni yolla köçürülənlər də var.

Nazirlikdən bildirilib ki, köçürülmə zamanı tələbələrin ABU-da təhsil aldığı ixtisas üzrə təhsil haqqı ilə köçürüləcəyi məktəbdəki ixtisasın təhsil haqqı arasında fərqinin olmamasına çalışacaq. Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, ABU-ya qanuni yolla qəbul olunub məktəbi bu il bitirən məzunlara diplomların verilməsində heç bir problem yaranmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR