Bank Of Baku

Qəbələdə əmək yarmarkası keçirilib

Qəbələdə əmək yarmarkası keçirilib
# 02 sentyabr 2010 15:00 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda növbəti əmək yarmarkası keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, sentyabrın 2-də rayon Mədəniyyət Evində təşkil edilən yarmarkada iş axtaran vətəndaşlara 27 idarə, müəssisə və təşkilat tərəfindən 205 boş iş yeri təqdim olunub.

Gün ərzində qeydiyyata alınan 452 işsiz vətəndaşdan 92-si öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb, 18 nəfər isə xalçaçı peşə hazırlığı kursuna cəlb olunub. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, turizm obyektlərində, tikinti, emal və xidmət sahələrində işlə təmin olunub.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən 139 nəfər münasib işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR