Bank Of Baku

Sumqayıtda payız əkin mövsümü ilə əlaqədar abadlıq-bərpa işləri aparılıb

Sumqayıtda payız əkin mövsümü ilə əlaqədar abadlıq-bərpa işləri aparılıb
# 03 sentyabr 2010 08:16 (UTC +04:00)
Sumqayıt - APA-Economics. “Ekologiya ili” çərçivəsində cari ilin avqust ayı ərzində Sumqayıtda payız əkin mövsümü ilə əlaqədar abadlıq-bərpa işləri aparılıb.

Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində şəhərin müxtəlif ərazilərində ümumilikdə 4550 m2 sahə ağac əkini, 1800 m2 sahə isə qazon əkini üçün hazırlanıb. Belə ki, şəhərin Metallurq küçəsində 1000 m2 , İnşaatçılar küçəsində 1200 m2 , S.Vurğun küçəsində 850 m2 , Nəsimi parkında 1500 m2 sahə ağac əkini və 1800 m2 sahə isə qazon əkini üçün hazırlanıb, Ü.Hacıbəyov və Nəsimi parklarında, Sülh, S.Vurğun, Koroğlu, Z.Hacıyev, N.Nərimanov və Bakı küçələrində isə dekorativ kollarına budanaraq forma verilib.

Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv. metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, bu göstəricinin 2 dəfə artırılaraq 50 kv. metrə çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR