Bank Of Baku

Azərbaycan paytaxtında keçirilən “Təmiz hava” aylığı başa çatıb

Azərbaycan paytaxtında keçirilən “Təmiz hava” aylığı başa çatıb
# 03 sentyabr 2010 10:37 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqust ayında da Bakı şəhərində keçirilən “Təmiz hava” aylığı başa çatıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. “Təmiz hava” aylığı çərçivəsində nazirliyin və Yol Polisinin əməkdaşları birlikdə Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlama aparmış, avtomobil yollarında isə reydlər həyata keçiriblər.
Müəssisələrdə yoxlanılmış 1001 avtomobildən 278-nin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbon oksidinin miqdarı norma həddinə endirilib.
Həmçinin, yoxlama zamanı Xəzər Dəniz Gəmiçiliyinin avtobazasında 5, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin avtoparkında 4, “Körpü-Bina-Tikinti” MMC-nin qarajında 9, “Bakı Yükdaşıma Nəqliyyat” ASC-nin qarajında 3, “Qum Adası” NQÇİ-nin TSN-də 3, Dalma Qurğularının Təmiri və Kirayəsi İdarəsinin nəqliyyat sexində yoxlanılan 7 avtonəqliyyat vasitələri atmosfer havasını norma həddindən artıq zərərli maddələrlə çirkləndirdiyi üçün həmin müəssisələrə qarşı ətraf mühitə dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq iddialar irəli sürülüb.
Ümumiyyətlə, yoxlamaların nəticələrinə əsasən atmosfer havasının avtonəqliyyat vasitələri ilə normadan artıq çirkləndirilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi üçün 18 müəssisəyə qarşı 540 manat məbləğində iddia qaldırılıb, 1250 manat məbləğində ödəmə tətbiq olunub, aşkar olunan qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.
Eyni zamanda aylıq çərçivəsində Bakı şəhərinin küçə və magistral yollarında da keçirilən reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında “CO”-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar olunub. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR