Bank Of Baku

“Prezident təqaüdü”nə namizəd abituriyentlərin siyahısı Prezident Administrasiyasına təqdim edilib

“Prezident təqaüdü”nə namizəd abituriyentlərin siyahısı Prezident Administrasiyasına təqdim edilib
# 03 sentyabr 2010 14:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayaraq “Prezident təqaüdü”nə namizəd abituriyentlərin siyahısını Prezident Administrasiyasına təqdim edib. Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, siyahıda 103 abituriyentin adı qeyd edilib. Onların 3-ü Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayan abituriyentləridir. Qalan 100 abituriyent isə qəbul imtahanlarında hər bir ixtisas qrupu üzrə ən yüksək bal toplayan ilk 25 abituriyentdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR