Bank Of Baku

Qax rayonunda 500-dən yuxarı bal toplayıb müxtəlif ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

Qax rayonunda 500-dən yuxarı bal toplayıb müxtəlif ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
# 03 sentyabr 2010 15:43 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Qax rayonunda qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb müxtəlif ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, tədbirdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müvafiq təşkilat nümayəndələri, tələbə adı qazanan məzunlar və onların valideynləri iştirak edib. Tədbirdə çıxış edən Qax rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasiyev bildirib ki, bu il Qaxda ümumtəhsil məktəblərini 550 məzun bitirib. Məzunlardan 357 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmaq üçün sənəd verib, bunlardan 140 nəfəri isə tələbə adı qazanıb. Qəbul imtahanlarında məzunlardan 36 nəfər 500-dən 600 baladək, 11 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Tədbirdə çıxış edən Qax İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev yüksək bal toplayaraq müxtəlif ali məktəblərinə daxil olan tələbələri təbrik edib.
Görüşün sonunda tələbə adını qazanan məzunlara şəhər İcra Hakimiyyəti adından qiymətli hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR