Bank Of Baku

“Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə Avto Safari marşrutuna Azadlıq meydanında start verilib

“Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə Avto Safari marşrutuna Azadlıq meydanında start verilib
# 03 sentyabr 2010 18:29 (UTC +04:00)
Quba. Ülkər Qasımova – APA. Sentyabrın 3-də 27 sentyabr - Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsi adı altında Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə Avto Safari marşrutuna start verilib. APA-nın məlumatına görə, “Azadlıq” meydanından start götürən marşrutda 11 maşınla 44 nümayəndə iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 5-nə kimi davam edəcək layihə ərzində çətin, ekstremal yollarla yeni turist marşrutları aşkarlanacaq: “Səfər çərçivəsində eləcə də ölkəmizdə mövcud olan tarixi və mədəniyyət abidələrə baş çəkiləcək. Əsas məqsədimiz ekstremal turizm növlərini inkişaf etdirmək, həm yerli, eyni zamanda xarici vətəndaşların səyahətlərini maraqlı keçirməsi üçün turizm növü yaratmaqdan ibarətdir. Burada 10 turizm şirkətindən nümayəndələr iştirak edir. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu işlər davam etdirilməkdədir”.
APA-nın Qubaya ezam olunan müxbirinin məlumatına görə, layihə çərçivəsində iştirakçılar üçün Şabran şəhərinin qalıqları ilə tanışlıq həyata keçirilib və Quba soyqırım məzarlığı ziyarət olunub. Quba soyqırım məzarlığında layihə iştirakçılarına məlumat verilib ki, xarici vətəndaşlar məzarlığı çox ziyarət edirlər və onlara soyqırım məzarlığı ilə bağlı xüsusi hazırlanmış bukletlər verilir.
Marşrut Mədəniyyət və Turizm Nazirliyi və Bakı Professional off-roaderlər klubunun (club 4x4) təşkilatçılığı, MBASK sığorta şirkətinin, “İnter Diaqnostika” tibb mərkəzinin, “Nazlı Bulaq” istirahət mərkəzi və “Dağlar Qoynunda” ailəvi istirahət mərkəzinin dəstəyi, “Xəzər fast food” kafesinin və “Red Bull”un sponsorluğu ilə həyata keçiriləcək.
Xatırladaq ki, bu layihə ölkə başçısının ”Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə keçirilir.
Qeyd edək ki, “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR