Bank Of Baku

Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova şəhid olmuş Abdullayev Pərvin və Əmirov Vüqarın ailələrinə baş çəkiblər

Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova şəhid olmuş Abdullayev Pərvin və Əmirov Vüqarın ailələrinə baş çəkiblər
# 03 sentyabr 2010 23:19 (UTC +04:00)
Bakı-APA. Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova Ermənistan silahlı bölmələrinin təxribat qrupunun Tərtər cəbhəsində hücumunu dəf edərkən şəhid olmuş Azərbaycan əsgərləri Abdullayev Pərvin Nəbi oğlu və Əmirov Vüqar Əmirəli oğlunun ailələrinə baş çəkiblər. Millət vəkilləri ilk öncə Sabirabad rayonunun Xəlfəli kəndinə şəhid Abdullayev Pərvin Nəbi oğlunun ailəsinə baş çəkib, ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər. Sonra onlar şəhidin qəbrini ziyarət ediblər. Bundan sonra millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova İmişli rayonunun Xoşçobanlı kəndinə gedərək şəhid Əmirov Vüqar Əmirəli oğlununun ailəsinə baş çəkərək şəhidin ailə üzvlərinə və yaxınlarına baş sağlığı verib, şəhidin qəbrini ziyarət ediblər.

Qeyd edək ki, avqustun 31-də Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub. Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - 2009-cu ilin aprelində İmişli Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Əmirov Vüqar Əmirəli oğlu və 2009-cu ilin aprelində Sabirabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olublar.

Millət vəkilləri şəhid ailələri və yaxınları ilə görüşlərdə bildiriblər ki, vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bu gün dünyadakı 50 milyondan artıq azərbaycanlı fəxr edir və onların ruhu qarşısında baş əyir. Böyüyən gəncliyimiz bu cür gənclərdən, qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir deyən millət vəkilləri vətən üçün, torpağımız üçün canından keçən qəhrəmanlarımızın, şəhidlərimizin əbədilik Azərbaycan tarixində yaşayacağını bildiriblər. Şəhid ailələrinə «biz şəhidlərimizlə yanaşı bu cür övlad böyütdüyünüz üçün sizin də qarşınızda baş əyirik» deyən millət vəkilləri «Ali Baş Komandan, prezident İlham Əliyevin şəhid ailələrininə göstərdiyi diqqət və qayğı hamımız, hər bir azərbaycanlı üçün örnək olmalıdır, hamımız onlara böyük diqqət göstərməliyik» deyə bildiriblər. Şəhid ailələri öz növbəsində övladlarının vətən uğrunda şəhid olmaları ilə fəxr etdiklərini, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına inandıqlarını bəyan ediblər. Millət vəkilləri, «o gün uzaqda deyil, bayrağımız Qarabağımızda və işğaldan azad edəcəyimiz bütün torpaqlarımızda yenidən dalğalanacaq və şəhidlərimizin ruhu şad olacaq» deyə bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR