Bank Of Baku

Misir Mərdanov: “ABU-nun qanuni yolla təhsil alan bütün tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”

Misir Mərdanov: “ABU-nun qanuni yolla təhsil alan bütün tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
# 04 sentyabr 2010 08:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. Onun sözlərinə görə, qanunsuz təhsil alan tələbələrin taleyinə isə Təhsil Nazirliyi cavabdeh deyil. M. Mərdanov ABU-nun müəllimlərinin işlə təminatında da problem yaranacağını gözləmir: “Çünki oranın müəllimlərinin hamısı kənardan dəvət olunmuşlar idi”.

Nazir deyib ki, bu il yeni milli kurrikulumla əlaqədar III siniflər üçün bütün dərsliklər yeni qaydalar əsasında hazırlanıb. Nazir həmçinin qeyd edib ki, müəllimlərin əmək haqlarının artırılmasına həmişə ehtiyac var: “Ölkənin büdcəsi imkan verdikcə müəllimlərin də əmək haqları artırılacaq. Bu məsələ daim hökumətin diqqət mərkəzindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR