Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Orta məktəblərə müəllimlərin işə qəbulu prosesinə hətta mən də müdaxilə edə bilmərəm”

Azərbaycanın təhsil naziri: “Orta məktəblərə müəllimlərin işə qəbulu prosesinə hətta mən də müdaxilə edə bilmərəm”
# 04 sentyabr 2010 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, bu işə ötən ildən başlanılıb: “Bu baxımdan hazırda çox ciddi seçim aparırıq. Bu seçimdə insan amili olmayacaq. Bu il Bakı şəhərində yalnız 197 müəllim yerinə işə qəbul üçün elan verilib. Elə yer var ki, bir yerə 30 nəfər sənəd verib. Ədalətli seçim aparılacaq. Bura heç kim müdaxilə edə bilməz. Hətta mən də müdaxilə edə bilmərəm”.
M. Mərdanov deyib ki, ucqar kəndlərdəki məktəblərə gənc müəllimin işə qəbulu ilə bağlı qəbul edilən dövlət proqramı hazırda həyata keçirilir. Bu il bu proqram çərçivəsində 800 nəfər müəllimin yerlərə göndərilməsi üçün sənədlər imzalanıb. Sentyabrın 15-dən həmin müəllimlər hökumət tərəfindən müəyyən olunmuş imtiyazlar əsasında kənd məktəblərində işə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR