Bank Of Baku

Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib

Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
# 04 sentyabr 2010 16:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beyləqan rayonunda təşkil olunan ictimai dinləmələrdə rayon icra hakimiyyəti, bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak edib.

Toplantıda çıxış edən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev ictimai dinləmənin əhəmiyyətini vurğulayıb, regionların sosial-iqtisadi inkişafı proqramına müvafiq olaraq respublikada, o cümlədən rayonda abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib. O, insan hüquqlarının müdafiəsinin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülən işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında da məlumat verib.

Ombudsman Elmira Süleymanova ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, həmçinin Ombudsman təsisatının fəaliyyəti barədə məlumat verib.

İmişli rayonunda keçirilən növbəti 40-cı ictimai dinləmədə isə rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev insan hüquqlarının müdafiəsi, müraciətlərə baxılması və digər tədbirlər haqqında danışıb.

Ombudsman ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı çıxış edib. O, son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvü olan qadınların sayının bir neçə dəfə artmasını müsbət hal kimi qiymətləndirib, onlara bu vəzifədə daha məsuliyyətlə çalışmağı, bu qurumların işini təkmilləşdirməyi, icmaları səfərbər etməyi, müsbət xarici və yerli təcrübəni öyrənməyi tövsiyə edib.

Tədbirdən sonra E.Süleymanova RİH başçısı ilə birgə 79 saylı DSK-ya da baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR