Bank Of Baku

“ASAİF” – “Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyi təsis edilib - FOTOSESSİYA

“ASAİF” – “Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyi təsis edilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 sentyabr 2010 07:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, təsis yığıncağında 15 ölkənin tələbə və məzunlarını təmsil edən 30 gənc iştirak edib. Təşkilatın təsis olunmasının təşəbbüskarı qismində 6 gənc çıxış edib və elə ilk olaraq təsisçilər “ASAİF” İctimai Birliyinin yaranmasının aktuallığından danışıb.
Təsisçilər çıxış etdikdən sonra Azərbaycan iclasın sədri seçilib və mərhələli şəkildə iclasın katibliyi və say komissiyası üzvləri seçildikdən sonra təşkilatın nizamnaməsi təsdiq edilib. Daha sonra təşkilatın seçkili strukturlarına namizədlər qeydə alınıb və “ASAİF” İctimai Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) 3 nəfər, İdarə Heyətinə 17 nəfər, Məclis üzvlüyünə 21 nəfər seçilib. Təşkilatın nizamnaməsinə uyğun olaraq İdarə Heyəti üzvləri məzun olmuş gənclərdən, Məclis üzvləri isə hal-hazırda xaricdə yaşayan və təhsilini davam etdirən gənclərdən ibarət olaraq formalaşdırılır.
Təsis yığıncağının sonunda “ASAİF” İctimai Birliyinin sədrinin seçkisi keçirilib. Orxan Əkbərov “ASAİF” İctimai Birliyinin sədri seçilib.

Qeyd olunub ki, Orxan Əkbərov bakalavr və magistr təhsilini xaricdə tamamlayıb və elmi işini yekunlaşdırmaq üzrədir. Hal-hazırda BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin əməkdaşıdır və 10 ilə yaxındır ki, beynəlxalq aləmdə diaspora ilə iş üzrə təcrübəsi var.

Orxan Əkbərov “ASAİF”-in təşkilatlanma mərhələsi ilə bağlı qarşısında duran məqsədlər, təşkilatın hədəfləri, missiyası və onlara nail olma yolları istiqamətində baxışlarını Təsis Yığıncağı iştirakçıları ilə bölüşüb. Cari məsələlərin müzakirəsindən sonra Təsis Konfransı öz işini başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR