Bank Of Baku

Bakı şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib

Bakı şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib
# 06 sentyabr 2010 09:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakı şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib. APA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bildirib ki, ötən tədris ili çox uğurlu olub. Hazırda BŞTİ-nin tabeçiliyində 309 məktəbəqədər tədris mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə 31037 uşaq olmaqla 1394 qrup var. Bağçadakı mövcud qrup otaqlarının 1009-u təyinatı üzrə istifadə olunmur. Bunun səbəbi həmin otaqlardan 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərin məskunlaşması, 271-də təhsilə aidiyyatı olmayan təşkilatların yerləşməsidir: “Əgər uşaq bağçaları tam gücü ilə işləsə belə, biz Bakı şəhərində yalnız 52 min uşağı məktəbəqədər təhsilə cəlb edə bilərik. Bu da bütün bağça yaşlı uşaqların təxminən 50 faizi edir”. N. Rzaquliyeva deyib ki, hazırda Bakı şəhərində I sinfə uşaqların yalnız 25 faizi məktəbə hazırlıq qruplarından gedir.

N. Rzaquliyeva bildirib ki, bu il ali məktəbə qəbul olunan Bakı məktəblilərinin sayı artıb. İdarə rəisinin sözlərinə görə, bu ilki buraxılış imtahanlarının yekunları əsasında 20 677 nəfər builki məzuna və əvvəlki illərdə attestat ala bilməyən 709 nəfər attestat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR