Bank Of Baku

Misir Mərdanov: “Məktəb direktorları və müəllimlərin böyük əksəriyyətinin qadın olması qəbuledilən hal deyil”

Misir Mərdanov: “Məktəb direktorları və müəllimlərin böyük əksəriyyətinin qadın olması qəbuledilən hal deyil”
# 06 sentyabr 2010 10:49 (UTC +04:00)
Nazir bildirib ki, bu il yalnız Bakıda ibtidai siniflər üçün vahid məktəbli geyimi məcburidir. Qalan siniflərin şagirdləri isə əvvəlki illərin məktəbli formasını geyə bilərlər. M. Mərdanov hələlik bütün orta məktəb şagirdləri üçün vahid məktəbli geyiminin tətbiqinin gözlənilmədiyini söyləyib.

Nazir əlavə edib ki, hazırda müəllimlərin böyük əksəriyyəti – təxminən 85 faizi qadınlardır: “Bu, qəbuledilən hal deyil. Müəllimlərin heç olmasa 30 faizi kişi olmalıdır. Məktəb direktorlarının da 95 faizi qadındır. Mən demirəm ki, qadınları işdən çıxaraq, kişilər işləsin. Amma hər halda bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Məncə bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olmasıdır. Evə əsas qazancı kişi gətirir. Onlar həyat yoldaşlarını evdə qalmamaları üçün məktəbə işə göndərirlər”.

M. Mərdanovun sözlərinə görə, artıq iki ildir ki, müəllimlərin işə qəbulu kompüterlə həyata keçirilir və bu proses çox ciddi nəzarətə götürülüb. Nazir hesab edir ki, bağçalarda da müəllimlərin işə qəbulu belə formada həyata keçirilməlidir: “Biz araşdırma apardıq və gördük ki, bağçada işləyənlərin böyük əksəriyyətinin heç orta ixtisas təhsili də yoxdur. Ona görə də bu işə çox ciddi yanaşılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR