Bank Of Baku

Azərbaycan paytaxtında 37 dərəcə isti gözlənilir

Azərbaycan paytaxtında 37 dərəcə isti gözlənilir
# 06 sentyabr 2010 11:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı və Abşeron yarımadasında sentyabrın 6-da hava az buludlu, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 33-37, axşam 23-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 7-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24, gündüz 31-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 8-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 30-33 dərəcə isti olacaq.

Sentyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 7-də hava, əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 27-32 dərəcə isti olacaq.

Sentyabrın 8 və 9-da hava, əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 8-də axşam bəzi şimal-qərb rayonlarında, sentyabrın 9-da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda arabir güclənəcək. Gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən sentyabrın 7-də gündüz Abşeron yarımadasında isti diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gün ərzində iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR