Bank Of Baku

Fransa və İngiltərədə Azərbaycanın bələdçi kitabı hazırlanıb

Fransa və İngiltərədə Azərbaycanın bələdçi kitabı hazırlanıb
# 06 sentyabr 2010 12:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hazırda Azərbaycanda 50-yə yaxın iri və kiçik həcmli mehmanxana və mehmanxana tipli obyektlər tikilir. Bu sözləri APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib. Onun sözlərinə görə, bu ilin sonuna kimi 30-a yaxın obyektin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, bu il ərzində artıq bir neçə mehmanxana tipli obyektlər artıq istifadəyə verilib və fəaliyyət göstərir.

Sektor müdiri onu da əlavə edib ki, hər il ənənəvi olaraq Azərbaycanda qeyd olunan 27 sentyabr - Ümumdünya Turizm Günü bu il də təntənəli şəkildə qeyd ediləcək. Məhz bu məqsədlə sentyabrın 29-da Bakı Biznes Mərkəzində müxtəlif təqdimatların keçirilməsi planlaşdırılır. Bu çərçivədə Fransada fransız dilində, İngiltərədə isə ingilis dilində hazırlanan Azərbaycanın bələdçi kitablarının təqdimatı baş tutacaq. Bununla yanaşı, həmin gün bir illik hesabat da təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR