Bank Of Baku

DSMF əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəməyə çağırır

DSMF əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəməyə çağırır
# 06 sentyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməyə çağırır.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır.

İşəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər qeyd olunan sahəyə öz mənfi təsirini göstərir və bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi mütəmadi davam etdirilməkdədir. Bununla belə, aparılan maarifləndirmə işlərinə və görülən müvafiq tədbirlərə baxmayaraq, işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi halları müşahidə olunur. Bu kimi halların müşahidə olunmasına işçilərin öz hüquqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir: “Hər bir şəxs işlədiyi yerdə əmək müqaviləsi imzalamadan çalışmaqla və yaxud aldığı əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaqla özünü gələcək pensiya və müavinət təminatından məhrum etmiş olur. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək, gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnəcək. Ona görə də təminatlı gələcəyimiz üçün biz əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR