Bank Of Baku

Səadət Sarayında bərpa işləri gələn il bitəcək

Səadət Sarayında bərpa işləri gələn il bitəcək
# 06 sentyabr 2010 13:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın tarixi tikililərindən olan Səadət Sarayında bərpa işləri gələn ilin mart-aprel aylarında bitəcək. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, bu binanın bərpası Gənclər və İdman Nazirliyinin İnvestisiya Proqramına daxil edilib. Nazir bərpa işlərinin GİN tərəfindən keçirilən tenderin qalibi olan Serbiyanın “Serbas” şirkətinə həvalə edildiyini söyləyib: “İki ildir bu binanın bərpası ilə bağlı iş aparılır. Aparılan əsas iş fundamentlə əlaqədardır. Bina üzünün, fasadının olduğu kimi qalması şərtilə bərpa edilir”.

A. Rəhimov binanın 9 bala qədər zəlzələyə davamlı olacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR