Bank Of Baku

Azad Rəhimov: ““Velotrek”in satılması barədə məlumatlar əsassızdır”

Azad Rəhimov: ““Velotrek”in satılması barədə məlumatlar əsassızdır”
# 06 sentyabr 2010 13:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Bəzi mətbuat orqanlarında “Velotrek”in satılması və sökülməsi ilə bağlı yazılar dərc edilir. Amma bu obyekt satılmayıb. Heç bir idman obyekti satıla bilməz”. APA-nın məlumatına görə, bu fikirlər gənclər və idman naziri Azad Rəhimova məxsusdur. Onun sözlərinə görə, 2011-ci ilin İnvestisiya Proqramına “Velotrek”in təmir edilməsi ilə bağlı maddənin daxil edilməsi nəzərdə tutulur. Azad Rəhimov deyib ki, gələcəkdə daha geniş bir ərazidə “Velotrek” tikilməsi niyyəti var. Hazırda “Velotrek”in işlədiyini deyən nazir bu obyekti yaxınlıqda fəaliyyət göstərən ticarət yarmarkasından hasarla ayırmaq istədiklərini söyləyib.

A. Rəhimovun sözlərinə görə, bu il Gənclər və İdman Nazirliyi tərəfin 40-dan çox ümumrespublika tədbiri keçirilib. Son bir neçə ayda 12 yeni QHT qeydiyyatdan keçib. Hazırda fəaliyyət göstərən gənclər təşkilatlarının sayı 200-ü ötüb. Nazirlik bu ilin sonunadək gənclərlə bağlı 20 layihəni maliyyələşdirməyi nəzərdə tutur.

Nazir əlavə edib ki, dünya ölkələri tərəfindən elan edilmiş Gənclər İli çərçivəsində gənclərin məşğulluğu ilə bağlı tədbirlərin daha çox keçirilməsini istəyir. A. Rəhimov deyib ki, qarşıdan gələn yeni formalaşacaq parlamentdə gənclərin daha çox təmsil olunmasını arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR