Bank Of Baku

Akademik Xoşbəxt Yusifzadə Gürcüstanın Milli Elmlər Akademiyasının akademiki adına layiq görülüb

Akademik Xoşbəxt Yusifzadə Gürcüstanın Milli Elmlər Akademiyasının akademiki adına layiq görülüb
# 07 sentyabr 2010 07:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Akademik Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının üzvü seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Xoşbəxt Yusifzadənin Milli Elmlər Akademiyasının xarici üzvü-akademiki adının təltif edilməsi münasibəti ilə Tiflisdə rəsmi mərasim keçirilib. Tədbirdə çıxış edən Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Tamaz Qamkrelidze Xoşbəxt Yusifzadənin elmi axtarışlarının böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bizim qonağımızın neft yataqlarının axtarışı və onun çıxarılması sahəsində əhəmiyyətli elmi axtarışları var. Onun bu tədqiqat işləri Xəzərin neft potensialının kəşf edilməsində ciddi rol oynayıb”.

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti qeyd edib ki, Azərbaycan aliminin elmi kəşfləri və axtarışları region üçün ən vacib və əhəmiyyətli olduğuna görə, Gürcüstan Milli Elmlər Akademiyası qərara alıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının akademik dərəcəsinə layiq görülsün.
Tədbirdə Xoşbəxt Yusifzadə Gürcüstan akademiklərinə onun xidmətlərinə verilən bu qiymət üçün təşəkkürünü bildirib və qeyd edib ki, onun üçün belə bir məşhur bir elmi təşkilatın üzvü seçilməsi böyük şərəfdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR