Bank Of Baku

Bakıda ”Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda seminar keçirilir - FOTOSESSİYA

Bakıda ”Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda seminar keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 07 sentyabr 2010 07:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə ”Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda seminar işə başlayıb. APA-nın xəbərinə görə, seminarda Azərbaycanın hüquq-mühafizə orqanlarının, səfirliklərin, beynəlxalq qurumların nümayəndələri də iştirak edirlər. ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, praktiki seminarın məqsədi kibertəhlükəsizliyə dair ardıcıl siyasət qəbul etməklə “Kivber cinayətkarlıq haqqında” Avropa Konvensiyasının həyata keçirməkdə Azərbaycan hökumətinə kömək etməkdir. O, qeyd edib ki, Azərbaycan bu konvensiyanı bu il iyulun 1-də ratifikasiya edib. Kibercinayətkarlıq mövzusunun ATƏT-in təhlükəsizlik məsələlərində önəmli yer tutduğunu deyən səfir Azərbaycanın internet təhlükəsizliyinə diqqəti artırdığını, gələcəkdə də Azərbaycanla əməkdaşlığı davam etdirəcəklərini deyib. Səfir konvensiyanın ratifikasiya edən Azərbaycanın bundan sonra Cinayət Məcəlləsində dəyişikliklər edəcəyini, qanunvericiliyi uyğunlaşdıracağını və s. öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və insan resursları idarəsinin rəisi Bəxtiyar Məmmədov kibercinayətkarlıqla mübarizə sahəsində bu günə kimi görülən işlər barədə danışıb.

Qeyd edək ki, 2 gün davam edəcək seminarda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, NATO-nun kibertəhlükəsizlik üzrə Ali Təhsil Mərkəzinin təmsilçilərinin, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin çıxışları nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR