Bank Of Baku

Gəncədə diabetli uşaqlar üçün təşkil olunan psixo-sosial reabilitasiya yay məktəbi işini başa çatdırıb

Gəncədə diabetli uşaqlar üçün təşkil olunan psixo-sosial reabilitasiya yay məktəbi işini başa çatdırıb
# 07 sentyabr 2010 08:50 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə şəkərli diabetli uşaqlar üçün təşkil olunan psixo-sosial reabilitasiya yay məktəbi öz işini başa çatdırıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə 15 gün fəaliyyət göstərən yay düşərgəsində 15 rayondan valideyn himayəsindən məhrum olmuş, eləcə də məcburi köçkün və qaçqın ailələrindən seçilmiş 30 şəkərli diabeti olan uşaq iştirak edib. Yay məktəbinin təşkilində əsas məqsəd gələcəkdə özləri kimi digər uşaqlara ilkin tibbi və psixoloji dəstək verə biləcək gənc liderlərin hazırlanmasıdır.
15 günlük proqramda maraqlı istirahətlə yanaşı, uşaqların psixo-sosial reabilitasiyası da təmin edilib. Yeniyetmələrdə özünə inam, özünü müdafiə, özünü təsdiq xüsusiyyətlərini inkişaf etdirməyə, öz həyatında və ətrafda baş verən hadisələrə qarşı tolerant münasibət bəsləmə üsullarını formalaşdırmağa xidmət edən məşğələlər keçirilib. Bu məqsədlə 3 endokrinoloq, 2 psixoloq və 4 pedaqoq fərdi məsləhət və psixoterapevtik üsullardan istifadə edərək, uşaqlara müvafiq vərdişlərin aşılanmasını təmin edən davamlı treninqlər keçib.
İstirahət günlərində uşaqlar Gəncə şəhəri ilə yanaşı Şəmkir və Daşkəsən rayonların tarixi, görməli yerləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR