Bank Of Baku

Balakəndə arxeoloji qazıntılar nəticəsində islamaqədərki dövrə dair çoxlu məzar aşkarlanıb - FOTOSESSİYA

Balakəndə arxeoloji qazıntılar nəticəsində islamaqədərki dövrə dair çoxlu məzar aşkarlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 07 sentyabr 2010 09:21 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda aparılan arxeoloji qazıntıların birinci mərhələsi sona çatmaq üzrədir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun dissertantı Akif Məmmədli məlumat verib. Onun sözlərinə görə, Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov rayonun Qazma kəndi ərazisində tapılan kurqan barədə Azərbaycan Milli Elmlər Akademiyasına rəsmi müraciət edib. A. Məmmədovun rəsmi müraciətindən sonra AMEA tərəfindən ekspedisiya qrupu təşkil olunub, qrup kurqan olduğu ehtimal edilən abidədə qazıntı işləri aparmaq üçün əraziyə göndərilib. Ötən ayın əvvəlindən başlayaraq bu günə kimi kurqan ehtimalı olunan təpədə arxeoloji qazıntı işləri aparılıb və qazıntı işlərinin birinci mərhələsi sona çatıb. Aparılmış qazıntılar nəticəsində təpədə aşkar edilən materiallar islamaqədərki dövrü əhatə edir. Belə ki, qazıntılar nəticəsində 30-dan çox islamaqədərki insan məzarları aşkar edilib. Qazma kəndindəki təpədə arxeoloji qazıntı işləri aparan (ekspedisiya rəhbəri Nəsib Muxtarov, üzvləri Akif Məmmədli və İntizar Bədəlova) ekspedisiya burada çox qədim yaşayış yerinin divar qalıqlarını da üzə çıxarıblar.

Ekspedisiya qrupu həmçinin rayonun Kortala kəndində “Xəncər itən Qobu” adlanan ərazidə arxeoloji kəşfiyyat işləri aparıb. Aparılmış qazıntılar nəticəsində Kortala kəndinin “Xəncər itən Qobu” adlanan hissəsində eramızdan əvvəl VII-IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb. Arxeoloji qazıntı aparılan 2 nekropoldan hər birində Qafqaz Albaniyasının antik dövr mədəniyyətini, sənətkarlığını əks etdirən onlarla saxsı qablar aşkar edilib. Maraqlı cəhət budur ki, burada dəfn kremasiya üsulu ilə həyata keçirilib. Dəfn edilənlər bükülmüş vəziyyətdədir, nekropolda aşkarlanan qablar isə buta və ay şəklində düzülüb. Dəfn edilənlərin üzərində çoxlu sayda misdən və müxtəlif daşlardan hazırlanmış zinət əşyaları aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR