Bank Of Baku

Novella Cəfəroğlu: “Narkotik istifadəçilərini həbs etmək düzgün deyil”

Novella Cəfəroğlu: “Narkotik istifadəçilərini həbs etmək düzgün deyil”
# 07 sentyabr 2010 14:31 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Beynəlxalq İnsan Haqları təşkilatının Azərbaycan qrupu Gəncə şəhərində “Narkotik istifadəçiləri və alverçilərinə fərqli yanaşma” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, satma, daşıma, istifadə etmə) maddəsi ilə həbs olunan şəxslərin 350 nəfəri reabilitasiya mərkəzində müalicə alır: “Biz hesab edirik ki, bu narkotiklərin istifadəsində təqsirləndirilən şəxsləri həbs etmək düzgün deyil. Bununla bağlı qanunvericilikdə dəyişiklik etmək lazımdır. Həmin şəxslər müalicə olunsalar, daha yaxşı olar. Onları həbs etməklə bunun qarşısını almaq olmaz”.

Hüquq müdafiəçisi deyib ki, bundan başqa narkotiklərdən istifadənin qarşısını almaq üçün orta və ali təhsil müəssisələrində profilaktik tədbirlər görmək də vacibdir.

Tədbirdə Gəncənin hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR