Bank Of Baku

Balakəndə respublikanın müxtəlif ali məktəblərinə qəbul olunan gənclərlə görüş keçirilib

Balakəndə respublikanın müxtəlif ali məktəblərinə qəbul olunan gənclərlə görüş keçirilib
# 07 sentyabr 2010 20:23 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakən rayonunda respublikanın müxtəlif ali məktəblərinə qəbul olunan gənclərlə görüş keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil edilmiş tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, müvafiq təşkilat nümayəndələri, tələbə adı qazanan məzunlar və onların valideynləri iştirak edib. Tədbirdə çıxış edən Balakən rayon Təhsil Şöbəsinin müdiri Seyfulla Kərimov bildirib ki, bu il Balakəndə ümumtəhsil məktəblərini 853 məzun bitirib. Məzunlardan 439 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmaq üçün sənəd verib, bunlardan 191 nəfəri isə tələbə adı qazanıb. Qəbul imtahanlarında məzunlardan 48 nəfər 400-dən 600 baladək, 6 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Tədbirdə çıxış edən Balakən İcra Hakimiyyətinin başçısı Asif Məmmədov yüksək bal toplayaraq müxtəlif ali məktəblərinə daxil olan tələbələri təbrik edib.
Görüşün sonunda tələbə adını qazanan məzunlara rayon İcra Hakimiyyəti adından qiymətli hədiyyələr təqdim edilib.
Ali məktəblərə qəbul olunan gənclərlə görüş yerli incəsənət ustalarının hazırladığı konsert proqramı ilə sona yetib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR