Bank Of Baku

Nazirlər Kabineti “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”i təsdiqləyib

Nazirlər Kabineti “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”i təsdiqləyib
# 08 sentyabr 2010 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”i təsdiqləyib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən fərdi məlumatların mühafizəsinə dair tələblərin icrasına nəzarət öz səlahiyyətləri daxilində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçiriləcək.

Sənəddə informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı təmin edilməli olan əsas texniki-təşkilati təhlükəsizlik tələbləri əksini tapıb.

Qaydalarda qeyd olunub ki, fərdi məlumatların saxlandığı mərkəzlər ehtiyat enerji sistemi və yanğın-mühafizə siqnalizasiya sistemi ilə təchiz edilməli, data mərkəzinin arxiv sistemi ayrıca binada yerləşdirilməli, informasiya sistemlərində lisenziyalaşdırılmış proqram təminatlarından istifadə olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR