Bank Of Baku

Nazirlər Kabineti “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının Siyahısı”nı təsdiqləyib

Nazirlər Kabineti “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının Siyahısı”nı təsdiqləyib
# 08 sentyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının Siyahısı”nı təsdiq edib. bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan 40 həkim ixtisası qeyd olunub. Bunlar anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, neyrocərrahiyyə, plastik cərrahiyyə, ürək-damar cərrahiyyəsi, uşaq cərrahiyyəsi, otorinolarinqologiya, travmatologiya-ortopediya, onkologiya, urologiya, oftalmologiya, mamalıq-ginekologiya, psixiatriya, nevrologiya, terapiya, kardiologiya, nefrologiya, qastroenterologiya, hematologiya, dermatovenerologiya, immunologiya, allerqologiya, yoluxucu xəstəliklər, revmatologiya, endokrinologiya, narkologiya, fizioterapiya və tibbi bərpa, ftiziatriya, patoloji anatomiya-məhkəmə-tibbi ekspertiza, pediatriya, şüa terapiyası, şüa diaqnostikası, stomatologiya, üz-çənə cərrahiyyəsi, sosial gigiyena və səhiyyənin təşkili, gigiyena, mikrobiologiya, laboratoriya işi, genetika və epidemiologiya ixtisaslarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR