Bank Of Baku

Azərbaycan Beynəlxalq Universitetinin tələblərinin köçürüləcəyi özəl ali məktəblərin adları açıqlanıb

Azərbaycan Beynəlxalq Universitetinin tələblərinin köçürüləcəyi özəl ali məktəblərin adları açıqlanıb
# 08 sentyabr 2010 12:41 (UTC +04:00)
Təhsil Nazirliyinin İcra Aparatından APA-ya verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ABU-ya daxil olan tələbələr “Odlar Yurdu”, Azərbaycan Korporasiya, Bakı Qızlar, Ali İctimai Siyasi, Bakı Asiya, Bakı Biznes, Avrasiya, Təfəkkür, Əmək və Sosial Münasibətlər Akademiyasının müvafiq ixtisaslarında təhsillərini davam etdirəcəklər. Artıq bununla bağlı müvafiq əmrlər verilib. Köçürülmə ilə bağlı 2000-ə yaxın tələbənin əmri verilib. Tələbələrin nəzərinə o da çatdırılıb ki, sentyabrın 13-dən onlar artıq köçürüldükləri məktəbdən qeydiyyatdan keçə bilərlər.

Köçürülmüş tələblərin əmrləri artıq Təhsil Nazirliyinin qəbul otağında asılıb. Həmin məlumatlar Təhsil Nazirliyində internet saytında da yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR