Bank Of Baku

MTN əməkdaşları Ramazan bayramı münasibətilə qaçqın və məcburi köçkünlərlə görüşüblər

MTN əməkdaşları Ramazan bayramı münasibətilə qaçqın və məcburi köçkünlərlə görüşüblər
# 08 sentyabr 2010 14:56 (UTC +04:00)
Bakı-APA. Ramazan bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşı ənənəvi olaraq Yevlax rayonunun Aran qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əməkdaşlar qaçqın və məcburi köçkünləri bayram münasibətilə təbrik edərək onlara nazirlik rəhbərliyinin və şəxsi heyətinin xoş arzularını çatdırıblar. Doğma yurdlarından didərgin düşmüş məcburi qaçqın və köçkünlərə qayğının daim dövlətin diqqət mərkəzində olduğu bir daha qeyd edilib. Görüşə toplaşanlar Aran qəsəbəsində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, MTN-in şəxsi heyətinə təşəkkürlərini bildiriblər.
Sonda 200 məcburi köçkün ailəsinə bayram sovqatı olaraq 6 tondan artıq müxtəlif adda və çeşiddə ərzaq məhsulları paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR