Bank Of Baku

BMT QAK-ın Bakı ofisi Qəbələdəki məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylayıb

BMT QAK-ın Bakı ofisi Qəbələdəki məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylayıb
# 08 sentyabr 2010 15:55 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda məcburi köçkün ailələrinə qeyri-ərzaq yardımı paylanılıb və onlar üçün yeni kompüter mərkəzi istifadəyə verilib. APA-nın yerli bürosunun xəbərinə görə, sentyabrın 8-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Bakı ofisinin maliyyə dəstəyi ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi tərəfindən həyata keçirilən “İcmalarda texnologiyalardan istifadə imkanları” layihəsinin təqdimatı olub. Qəbələ rayonunda məskunlaşan məcburi köçkünlərin iştirakı ilə həyata keçiriləcək layihə barəsində məlumat verən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev bildirib ki, 15 ədəd müasir kompüter dəsti və digər texniki avadanlıqlarla təchiz edilən, yüksək sürətli internetə çıxışı olan bu yeni mərkəzdə hər ay 50-dən artıq gənc üçün kompüter kursları təşkil olunacaq.
Tədbirdə BMT QAK-ın Azərbaycan ofisinin nümayəndəsi Ahmad Calal Sahabzada, rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Qüdrət Səmədov, Mülki Müdafiə Qərargahının rəisi Tahir Hacıyev çıxış edərək bu yeni layihənin əhəmiyyətindən və onun məcburi köçkünlərin məşğulluq səviyyəsinə göstərəcəyi töhfədən danışıb.
Kompüter mərkəzinin açılışından sonra BMT QAK-ın Bakı ofisinin nümayəndələri Qəbələ rayonunda məskunlaşan 500 məcburi köçkün ailəsinə qeyri-ərzaq yardımı (geyim və məişətdə istifadə olunan əşyalar) paylayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR