Bank Of Baku

Ombudsman Şirvan və Hacıqabulda ictimai dinləmələr keçirib

Ombudsman Şirvan və Hacıqabulda ictimai dinləmələr keçirib
# 08 sentyabr 2010 16:04 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, növbəti dinləmələr Şirvan və Hacıqabulda baş tutub. Təşkil olunan ictimai dinləmələrdə rayon İcra Hakimiyyəti, bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-in və icmaların nümayəndələri iştirak edib.
Ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsinin əhəmiyyətini qeyd edərək, bu sahədə görülən işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında məlumat verib. Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, həmçinin Ombudsman təsisatının fəaliyyəti barədə məlumat verib.

Ombudsman ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı çıxış edib.
Ombudsman və onun aparatının işçiləri, həmçinin Şirvan və Hacıqabul polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında olub və məhbusların saxlanma şəraiti ilə maraqlanıblar.

Qeyd edək ki, bundan əvvəl Ombudsman sentyabrın 6-da Saatlı və Sabirabad, sentyabrın 7-də Salyan və Neftçala rayonlarında ictimai dinləmələr keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR