Bank Of Baku

Ombudsman Aparatında beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Ombudsman Aparatında beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri ilə görüş keçirilib
# 11 sentyabr 2010 13:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında beynəlxalq hüquq-müdafiə təşkilatları təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində “Artikl XIX”, “Freedom House”, “Press Now”, Ümumdünya Qəzetlər Assosiasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası, Açıq Cəmiyyət Fondu və digər beynəlxalq təşkilatların üzvləri təmsil olunur.

Nümayəndə heyətinin rəhbəri Aqnes Kallamard deyib ki, səfərdə məqsəd Azərbaycanda jurnalistlərin hüquqlarının müdafiəsi, söz və ifadə azadlığının təmin olunmasının vəziyyəti ilə tanışlıqdan ibarətdir. Qonaqlar Azərbaycanda jurnalistlərin vəziyyəti, media hüquqlarının müdafiəsi məsələləri ilə maraqlandıqlarını vurğulayaraq jurnalist E. Fətullayevin və gənc bloqgerlərin həbs olunmasından narahatlıqlarını ifadə ediblər. Ombudsman Aparatının rəhbəri A. Səfixanlı media hüquqlarının müdafiəsinin, söz və ifadə azadlığının təmin olunmasının müvəkkilin diqqətindən yayınmadığını, jurnalistlərə qarşı kobud rəftar hallarının nəzarətdə saxlanıldığını söyləyib. O, ombudsmanın və əməkdaşlarının həbsdəki jurnalistlərin hər biri ilə dəfələrlə görüşdüyünü, onların vəziyyətinin, səhhətinin, onlara qarşı rəftarın diqqətdə saxlanıldığı qeyd vurğulayıb. Ombudsman Aparatının şöbə müdiri V. Məhərrəmov isə törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullar və məhkum jurnalistlərin əfvi ilə bağlı müvəkkilin təkliflər verdiyini, səlahiyyətli orqanlara müraciət etdiyini diqqətə çatdırıb.

Bloqgerlər A. Hacızadə və E. Millinin həbsi ilə bağlı sual cavablandırılarkən müvəkkilin həmin gənclərin məsələsini ilk gündən diqqətdə saxladığı, ombudsman və əməkdaşlarının müvəqqəti saxlanma təcridxanasında və Bakı İstintaq Təcridxanasında onlarla dəfələrlə görüşdüyü, başlanmış cinayət işinin istintaqının obyektiv aparılması ilə bağlı daxili işlər nazirinə və baş prokurora müraciət etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR