Bank Of Baku

Gürcüstanın orta məktəblərində pulsuz dərsliklər paylanılır

Gürcüstanın orta məktəblərində pulsuz dərsliklər paylanılır
# 13 sentyabr 2010 07:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Gürcüstanın orta məktəblərində pulsuz dərsliklər paylanılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dərsliklər sosial cəhətdən müdafiəsi zəif olan ailələrin övladları üçün nəzərdə tutulub. Məlumata görə, dərsliklər I və XII siniflər üçün Gürcüstan hökumətinin hesabına pulsuz olaraq paylanılır. Məktəblərdə təhsil alan müdafiəsi zəif kateqoriyalı uşaqlara dərsliklər sentyabrın 14-dək təhvil veriləcək.
Gürcüstanın Təhsil və Elm Naziri Dmitri Şaşkin jurnalistlərə açıqlamasında bildirib ki, pulsuz paylanılacaq dərsliklərə 8 milyon lari vəsait ayrılıb: “Ən başlıcası odur ki, sosial müdafiəsi zəif olan ailələrin uşaqlarına bu kitabların paylanması prosesi nöqsansız və heç bir problem ortaya çıxmadan çatdırılacaq”.
Məlumata görə, pulsuz paylanan dərsliklər növbəti tədris ilində istifadə olunmaq üçün məktəb kitabxanalarına təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR