Bank Of Baku

Gəncədə əhalinin yeni tikililərə olan marağı azalıb

Gəncədə əhalinin yeni tikililərə olan marağı azalıb
# 13 sentyabr 2010 09:51 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Respublikanın ikinci ən böyük şəhəri olan Gəncədə əhalinin yeni tikililərə olan marağı azalıb. Son 4 ayda bu daha qabarıq şəkildə müşahidə edilir. Bu müddət ərzində həyətyanı və köhnə binalardakı mənzillərin satış qiymətləri artsa da, yeni tikilən binalarda qiymətlər sabit qalıb. Bu barədə APA-nın əməkdaşına məlumat verən ev alqı-satqısı ilə məşğul olan şəxslər bildiriblər ki, 3 il öncə yeni inşa edilən binalarda mənzillərin bir kvadratı 1200 manata satılırdısa, indi yeni binalarda mənzil satışı azaldığından bu rəqəm 800-900 manat təşkil edir. Lakin yeni binalardan fərqli olaraq Gəncənin mənzil bazarında köhnə binalarda olan mənzillərin və həyət evlərinin satış qiymətləri 10 faiz bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR