Bank Of Baku

Aynur Sofiyeva: “Yeni doğulan körpələrin 54 faizinin oğlan olması 20-30 ildən sonra Azərbaycan üçün problem yarada bilər”

Aynur Sofiyeva: “Yeni doğulan körpələrin 54 faizinin oğlan olması 20-30 ildən sonra Azərbaycan üçün problem yarada bilər”
# 13 sentyabr 2010 10:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə AQUPDK-nin sədr müavini Aynur Sofiyeva məlumat verib. Onun sözlərinə görə, bu araşdırmalara əsasən, hazırda Azərbaycan ailəsində orta hesabla 2-3 uşaq var. Bölgələrdə isə çoxuşaqlı ailələrin sayı daha çoxdur: “Amma artıq bölgələrdə də bir ailədə olan uşaqların sayı azalmaya doğru gedir. Çoxuşaqlı ailələr əvvəllər daha çox idi, amma indi bu rəqəm azalmaya doğru gedir”.

A. Sofiyeva deyib ki, hazırda Avropada demoqrafiya ilə bağlı problem var, əhalinin sayı aşağı düşür. Azərbaycanda isə demoqrafiya ilə bağlı problem yoxdur və təbii artım normaldır: “Amma bizdə də artıq narahatlıq doğuracaq məqamlar var. Bu gün komitəni narahat edən ən əsas məsələlərdən biri Azərbaycanda yeni doğulan oğlan uşaqlarının sayının qızlara nisbətən normadan çox olmasıdır. Norma adətən, yeni doğulan körpələr üçün 52-48 faiz nisbəti götürülsə də, Azərbaycanda artıq il ərzində doğulan körpələrin 54 faizi oğlanlardır. Bu da müəyyən on illiklərdən sonra bizə problem yarada bilər. Bununla bağlı müəyyən təkliflər səsləndi, dedilər ki, həkimlər xüsusi aparatla uşağın cinsini əvvəldən müəyyənləşdirməsinlər, amma mən deyərdim ki, bu məsələdə ən əsası maarifləndirmə işidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR