Bank Of Baku

Aynur Sofiyeva: “Azərbaycanda il ərzində qeydə alınan boşanma hadisələrinin təxminən yarısı uşağı olmayan ailələrin payına düşür”

Aynur Sofiyeva: “Azərbaycanda il ərzində qeydə alınan boşanma hadisələrinin təxminən yarısı uşağı olmayan ailələrin payına düşür”
# 13 sentyabr 2010 10:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Son vaxtlar Azərbaycanda boşanmaların artdığı bildirilsə də, əslində boşanmaların sayında artım yoxdur. Hər il boşanmaların sayı 10-11 faizdən çox olmur. Avropa ölkələrində isə bu göstərici 35-60 faizdir. Amma boşanma hallarında uşaqsız ailələrin çəkisi önəmli yer tutur. Bu da bizi narahat edən məsələlərdəndir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva bildirib. Onun sözlərinə görə, il ərzində qeydə alınan 7800-7900 boşanma hadisələrinin təxminən yarısı uşağı olmayan ailələrin payına düşür. Komitə səlahiyyətlisi hesab edir ki, boşanmaların sayının azaldılması üçün maarifləndirmənin məktəb yaşlarından aparılması çox vacibdir. Bu məqsədlə yuxarı sinif şagirdlər üçün “Ailə” dərsliyin olması da çox önəmlidir.

Son vaxtlar Azərbaycanda ailədaxili münaqişələr zəminində qətl, intihar hadisələrinin sayının artması ilə bağlı söylənilən fikirlərlə razılaşmayan A. Sofiyeva hesab edir ki, əvvəllər belə halların ictimaiyyətə açıqlanması imkanları məhdud idi. Son illərdə isə KİV vasitəsilə bu hadisələr barədə ictimaiyyətə geniş məlumatlar verilir. Bunu yaxşı hal sayan A. Sofiyeva həmin məlumatların sayəsində ailələrin problemlərinin üzə çıxdığını da deyir. A. Sofiyeva onu da əlavə edib ki, son vaxtlar Azərbaycanda ailədaxili münaqişələr zəminində baş verən ölüm və intihar hadisələrində psixoloji məsələlər mühüm yer tutur: “Stress bütün dünyada insanlara təsir edir. Azərbaycanda da belə hallar var”.
Onun sözlərinə görə, belə hadisələrin baş verməsində müəyyən dərəcədə dini amillər də rol oynayır.
Komitə sədrinin müavini belə halların qarşısını almaq üçün Azərbaycanda Ailə Psixoloqu İnstitutunun yaradılmasının çox vacib olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR